Telefon
WhatsApp
İranla müharibə “daşa dirəndi” - Tramp çarəsizdir?.
300 X 250 Reklam Alanı

ABŞ-ın İrana qarşı kürd separatçılardan istifadə etmək planı baş tutmadı. Separatçılar ABŞ Prezidenti Trampın təklifini geri çevirdilər. İran kürdlərinin lideri Mustafa Hicri ilə telefonla danışan Tramp onu dərhal hərəkətə keçməyə çağırmışdı, o isə qüvvələr nisbətindəki böyük fərqi əsas gətirib, imtina etmişdi.

Bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, Tramp bundan sonra mediaya açıqlamasında “Müharibəni indikindən daha mürəkkəb etmək istəmirik, mən kürdlərin ora getməsini istəmirəm” dedi:

“Tramp İrana hücumlar bitdikdən sonra ölkənin xəritəsinin eyni qalıb-qalmayacağı sualına isə belə cavab verib: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox”. Donald Tramp ertəsi gün “Tayms of İsrail” qəzetinə telefonla verdiyi açıqlamada çarəsizliyini növbəti dəfə gizlətməyib. O bildirib ki, İranla müharibənin nə vaxt bitməsi İsrailin Baş naziri Binyamin Netanyahu ilə alacaqları qarşılıqlı qərardan asılı olacaq. Yəni buna mən yox, Netanyahu qərar verəcək.

Bir sözlə, Tramp dərin bir qeyri-müəyyənlik içərisindədir. Görünən budur ki, o, hətta müharibəni belə bitirə bilər. Amma Netanyahu hələlik buna razı deyil”.

Ekspertin fikrincə, Tramp-Netanyahu cütlüyünün bu qədər qeyri-müəyyən duruma düşmələrinin səbəbi Urmunu “Kürdüstan etməyə” çalışmalarıdır:

“Urmiyalılar buna yox dedilər. ABŞ və İsrailin proksiləri kimi fəaliyyət göstərməyə çalışan kürd separatçılar da bir tərəfən İranın, digər tərəfdən Türkiyə və Azərbaycanın arasında sıxışıb qalmağın onlar üçün yaxşı heç nə vəd etmədiyini anlayıb, Trampı yalnız qoydular. Tramp isə öz növbəsində onminlərlə ABŞ əsgərini bu cəhənnəm üçbucağına göndərib həlak etmək istəmir.

İndi Trampın da, İranın da taleyi Netanyahunun əlindədir. Netanyahu Trampa “İranı vurmağı dayandır” desə, dayandıracaq, “dayandırma” desə, dayandırmayacaq. Görünən budur ki, Netanyahu da tutduğunu buraxmayacaq”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150