İsrail Qərbi Azərbaycanı vurdu: ölənlər var
İsrail Qərbi Azərbaycanı vurdu: ölənlər var
İsrail aviasiyası İranın Qərbi Azərbaycan vilayətinin Bukan şəhərinə zərbələr endirib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, zərbələr qubernatorluq binası və yaxınlıqdakı yaşayış məntəqələrini hədəf alaraq ağır dağıntılara səbəb olub.
Hücumun iki dalğada baş verdiyi, qadın və uşaqlar da daxil olmaqla, çoxlu sayda mülki şəxsin ölümünə səbəb olduğu bildirilir.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi