İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşlara başlanılıb.
İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşlara başlanılıb.
Bu gündən Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Naxçıvan şəhərinə və əks istiqamətdə uçuşlara başlanılıb.
Reysləri qonşu ölkənin “AJet” aviaşirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə günləri) həyata keçirir.
Yerli vaxtla saat 05.55-də İstanbuldakı Sabiha Gökçen beynəlxalq hava limanından səmaya qalxan təyyarə saat 09:05-də Naxçıvan aeroportuna enib.
Bu günə qədər Naxçıvan-İstanbul-Naxçıvan reyslərini "Türk Hava Yolları" şirkəti həyata keçirirdi və biletlərin qiyməti 300-600 manat arasında dəyişirdi. “AJet” üzrə qiymətlər isə 120 manatdan başlayır.







Oxşar -Yeniinfo.az
Çuğundur şirəsinin faydaları..
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Yenilənən infrastruktur, dayanıqlı yükdaşıma - etibarlı dəmir yolu
Bakıda ağır qəza: “Toyota” yandı, ölən var
Pensiya alanların nəzərinə!
Dəyərli Alim Hacı Hafiz Abbasovun Mövlud Günüdür
"İlham baba mənə "KamAZ" göndərdi"
Metro bağlanır - Bundan sonra avtobuslar pulsuz olacaq?