İstilikdən məhrum olan Kiyev sakinləri çadırlara köçürlər
İstilikdən məhrum olan Kiyev sakinləri çadırlara köçürlər
Ukraynanın paytaxtı Kiyevin bir çox rayonlarında hazırda yaşayış çadırları qurulub.
Buna səbəb şəhərdə hökm sürən kəskin şaxtalı hava şəraiti və intensiv hava zərbələri nəticəsində evlərdə istilik və elektrik enerjisinin çatışmazlığıdır.
İstilik və elektrikdən məhrum olan sakinlər quraşdırılmış çadırlara toplaşaraq müvəqqəti olaraq burada istilik və elektrik enerjisi ilə təmin olunurlar, hətta burada qidalanırlar.
Kiyevdə vəziyyətin belə kritik həddə olmasının və sakinlərin səyyar çadırlara möhtac olmasının başqa bir səbəbi şəhər rəhbərliyinin bu duruma hazırlıqsızlığı hesab edilir.
Hazırda çadırlarda cəmləşən sakinlərin ərzaq və su tələbatı əsasən könüllü fondlar tərəfindən minimal imkanlarla təmin olunur, şəhər meriyasının fəaliyyətsizliyi isə vəziyyəti daha da çətinləşdirir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq