İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi
İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi
İsveç hökuməti Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasını hədəfləyən PURL təşəbbüsünə 100 milyon dollar verib.
Məlumatı İsveç hökumətinin mətbuat xidməti yayıb.
Bu ödəniş Böyük Britaniya, Norveç və Niderlandın iştirakı ilə formalaşdırılan ümumi məbləği 500 milyon dollar olan birgə hərbi yardım paketinin bir hissəsidir.
Niderland Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, toplanan vəsaitin Ukrayna ordusu üçün vacib avadanlıqların, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin, artilleriya mərmilərinin, "F-16" qırıcı təyyarələri üçün havadan atılan sursatların və zəruri ehtiyat hissələrinin alınmasına istifadə edilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq