İtaliya ilə ABŞ arasında münasibətlər makarona görə gərginləşib
İtaliya ilə ABŞ arasında münasibətlər makarona görə gərginləşib
İtaliya ABŞ hakimiyyətinin makaron idxalına tətbiq etdiyi əlavə antidempinq tarifindən son dərəcə narahatdır.
Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, yeni tariflər ABŞ-da italyan makaronunun qiymətini demək olar ki, iki dəfə artıracaq. Bəyanata əsasən, Roma Vaşinqtona təzyiq göstərmək üçün Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir.
Öz növbəsində ABŞ Ticarət Departamenti əlavə antidempinq tarifinin tətbiqini özünəməxsus şəkildə izah verib. Departamentə görə, iki iri İtaliya istehsalçısı Amerika bazarına çıxarılan məhsulları süni şəkildə aşağı qiymətlərlə satış edirmiş. Yeni tariflər isə İtaliya makaronunun qiymətini 91,74% artıracaq.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...