İtaliyada görülməmiş vəhşilik: Yanan pişiklərlə meşələrə od vurulduğu iddia edilir
İtaliyada görülməmiş vəhşilik: Yanan pişiklərlə meşələrə od vurulduğu iddia edilir
İtaliyanın Kalabriya regionunda meşə yanğınlarının törədilməsi üçün sahibsiz pişiklərdən istifadə edildiyi iddiası ilə bağlı araşdırma aparılır.
Yeni info.az-a Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, heyvanların bədəninə yanıcı maye hopdurulmuş əskilər bağlanıb, daha sonra onlar yandırılaraq quru otla örtülü ərazilərə buraxılıblar. Heyvan hüquqları müdafiəçiləri bu vəhşiliyi törədən şəxslər barədə məlumat verənlər üçün 1 000 avro məbləğində mükafat təyin ediblər.
İstintaqın məlumatına əsasən, yanmış ərazilərin yaxınlığında şamlar və əldəqayırma alışdırıcı qurğular da aşkarlanıb. Bu fakt yanğın ocaqlarının bir hissəsinin qəsdən törədildiyi ehtimalını daha da gücləndirib.
Kalabriya Mülki Müdafiə Agentliyinin rəhbəri Domeniko Kostarella bildirib ki, yanan heyvanlar tarlalara buraxılıb, onlar isə qorxu içində qaçaraq alovun daha geniş ərazilərə yayılmasına səbəb olublar.
Son günlər regionda 160-dan çox yanğın hadisəsi qeydə alınıb. Pollino Milli Parkında təxminən 1 000 hektar ərazi yanaraq külə dönüb. Güclü isti hava, quraqlıq və şiddətli külək xilasedicilərin işini xeyli çətinləşdirib.
Qeyd olunur ki, oxşar qəsdən yanğın törətmə üsulları əvvəllər Siciliya və Vezuvi vulkanı ətrafında fəaliyyət göstərən mafiya qruplaşmaları ilə əlaqələndirilirdi. İstintaqın versiyasına görə, cinayətkarlar sonradan torpaqları ucuz qiymətə əldə etmək və sərfəli tikinti layihələri həyata keçirmək məqsədilə meşələri qəsdən yandırırlar.
İtaliyada baş verən yanğınların söndürülməsi zamanı bir yanğınsöndürən həlak olub.
Oxşar -Yeniinfo.az
Fransa və İspaniyada meşə yanğınları səbəbilə 100 mindən çox insan təxliyə edilib
Yəmən Səudiyyə Ərəbistanında ARAMCO obyektlərinə zərbə endirib
Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
İtaliyada görülməmiş vəhşilik: Yanan pişiklərlə meşələrə od vurulduğu iddia edilir
Həkimlər heyrətə gəldilər: Çinlinin göz qapaqlarında mindən çox gənə aşkarlandı
İran bu ölkələri xəbərdar etdi: zərbə endirəcək
ABŞ Malayziya səfirini çağırdı
Tramp elan etdi: Bu ziyan İranın hesabına ödəniləcək