İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"
İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"
İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.
Bununla bağlı İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani "X" hesabında paylaşım edib.
Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 həmvətənimiz artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik isə fəaliyyətinə Bakıdan davam edəcək", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, ötən gün İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi