İyulun 10-da gözlənilən hava şəraiti
İyulun 10-da gözlənilən hava şəraiti
İyulun 10-da olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək. Gündüz şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20–23, gündüz 30–35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75–85%, gündüz 55–65% faiz təşkil edəcək.
Rayonlarda əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq.
Havanın temperatur gecə 20–25°, gündüz 32–37°, dağlarda isə gecə 11–16°, gündüz 20–25°, bəzi yerlərdə 28–30 dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
İyulun 10-da gözlənilən hava şəraiti
Britaniya "Zəngəzur"dan əlini çəkdi
İyulun 9-da gözlənilən hava şəraiti
İyulun 8-də gözlənilən hava şəraiti
İyulun 6-da gözlənilən hava şəraiti
İyulun 5-də gözlənilən hava şəraiti
İyulun 4-də gözlənilən hava şəraiti
İyulun 3-də gözlənilən hava şəraiti