İyulun 9-da gözlənilən hava şəraiti
İyulun 9-da gözlənilən hava şəraiti
İyulun 9-da olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19–23°, gündüz 28–31° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70–80%, gündüz 55–65% təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə şimşək çaxacaq, dolu düşəcəyi və yağışın qısamüddətli intensiv olacağı ehtimal edilir. Axşama doğru yağıntılar kəsiləcək. Dağlıq ərazilərdə səhər duman olacaq.
Havanın temperaturu gecə 20–24°, gündüz 30–35°, dağlarda isə gecə 10–15°, gündüz 20–25°, bəzi yerlərdə 27–29° isti olacaq.







Oxşar -Yeniinfo.az
İyulun 10-da gözlənilən hava şəraiti
Britaniya "Zəngəzur"dan əlini çəkdi
İyulun 9-da gözlənilən hava şəraiti
İyulun 8-də gözlənilən hava şəraiti
İyulun 6-da gözlənilən hava şəraiti
İyulun 5-də gözlənilən hava şəraiti
İyulun 4-də gözlənilən hava şəraiti
İyulun 3-də gözlənilən hava şəraiti