Kanadada 400 dəvəquşu "ölüm hökmü"nə məhkum edildi
Kanadada 400 dəvəquşu "ölüm hökmü"nə məhkum edildi
Kanadanın Federal Apellyasiya Məhkəməsi Britaniya Kolumbiyasındakı fermada 400 dəvəquşunun məhv edilməsi qərarını təsdiqləyib.
Bu barədə "The Boston Globe" məlumat yayıb.
Qərarın əsas səbəbi quş qripi təhlükəsidir. Hadisə 36 gün ərzində "Universal Ostrich Farms" fermasında 69 dəvəquşunun ölümü ilə başlayıb ki, bu da müəssisədəki heyvanların təxminən 15%-i deməkdir. İki ölmüş quşun laboratoriya analizləri yüksək patogen quş qripi ştamının mövcudluğunu təsdiqləyib.
Kanada Qida Təhlükəsizliyi Agentliyi diaqnoz təsdiqləndikdən sonra qalan heyvanların tam məhv edilməsini əmr edib. Ferma sahibləri məhkəmə yolu ilə quşları xilas etməyə çalışsalar da, apellyasiya məhkəməsi tənzimləyicinin qərarını dəstəkləyib.
"Federal Apellyasiya Məhkəməsi keçənilki qərarı qüvvədə saxlayıb və "Universal Ostrich Farms"ın iddiasını rədd edib", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, tədbir təhlükəli xəstəliyin yayılmasının qarşısını almaq və digər kənd təsərrüfatı müəssisələrini qorumaq məqsədini daşıyır. Ferma sahibləri məhkəmənin qərarından dərin məyusluqlarını ifadə edərək, heyvanları xilas etmək üçün bütün mümkün vasitələrin tükəndiyini vurğulayıblar.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...