Telefon
WhatsApp
Kartla ödəniş edənlərə pis xəbər
300 X 250 Reklam Alanı

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.

Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq. Belə ki, yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25%-i, yanacaq kateqoriyası üzrə 0.75%-i, ümumi kateqoriyada isə 1.5%-i səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, banklar tərəfindən nağdsız ödənişlərə görə verilən keşbeklərin maliyyə mənbəyi həmçinin bu xidmət haqqı hesabına əldə edilən gəlirlərdir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu baxımdan sözügedən xidmət haqqının azalması keşbeklərə təsir edə bilər:

"Bazar doyandan, vərdişlər formalaşandan, genişlənmə imkanı məhdudlaşandan və bu istiqamətə sərf olunan xərclər effektivliyini itirəndən sonra banklar artıq müvafiq siyasətlərinə yenidən baxmalı olurlar ki, son dövrlərdə biz bunu müşahidə edirik. Yəni artıq keşbeklərlə əlaqədar məsələ əvvəlki dövrlərdə olduğu kimi cəlbedici deyil və bu istiqamətdə təkliflərin marağı günbəgün azalmaqdadır"

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150