Keçmiş məcburi köçkünlərin diqqətinə!
Keçmiş məcburi köçkünlərin diqqətinə!
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Qəbələ rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbələrində binaların dam örtüklərini təmir etdirəcək.
Yeni info.az Baku.ws-ə istinadən xəbər verir ki, yaşayış binalarında uzun müddət istifadə nəticəsində yararsız vəziyyətə düşmüş dam örtüklərinin və konstruksiyalarının yenilənməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 1 milyon 400 min manat təşkil edir.
Məlumata görə, qəsəbələrdə aparılacaq işlər binaların təhlükəsizliyinin artırılması, yağış və qar sularının mənzillərə sızmasının qarşısının alınması, eləcə də məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir