KİV: AB ABŞ-ın Ukrayna münaqişəsindən çıxması ilə bağlı iki ssenarini açıqlayıb
KİV: AB ABŞ-ın Ukrayna münaqişəsindən çıxması ilə bağlı iki ssenarini açıqlayıb
Avropalı diplomatlar ABŞ-ın münaqişədən çəkilməsindən sonra Ukraynanı dəstəkləmək üçün ssenarilər hazırlayırlar.
Bu barədə “Bloomberg“ bir mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu geri çəkilmə Ağ Evin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını dərc etməsi ilə əlaqədar ola bilər.
Adı çəkilməyən AB rəsmisinin sözlərinə görə, Vaşinqtonun Kiyevə təzyiqi AB-ni Ukraynaya müstəqil maliyyə dəstəyi planı hazırlamağa məcbur edir. Lakin belə bir strategiyanın mümkünlüyü bəlli deyil.
Qeyd olunur ki, ABŞ-ın Ukrayna münaqişəsindən çıxması üçün yalnız iki ssenari var. Bunlardan biri Vaşinqtonun Kiyevə silah və kəşfiyyat təchizatı da daxil olmaqla bütün yardımları dayandırması və Rusiyaya təzyiqi azaltmasıdır.
İkinci ssenariyə görə isə ABŞ prezidenti Donald Tramp Ukraynadakı döyüşləri Avropanın müharibəsi elan edəcək. Lakin Ukraynanın istifadəsi üçün NATO silahlarını satmağa davam edəcək.
Mənbə düşünür ki, buna görə də, AB liderləri tezliklə razılaşma əldə olunacağına ümid edirlər. Əks halda ABŞ prezidenti bundan əl çəkə bilər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?