KİV: ABŞ hesab edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərində əsas rol Vaşinqtona məxsusdur
KİV: ABŞ hesab edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərində əsas rol Vaşinqtona məxsusdur
Birləşmiş Ştatlar hesab edir ki, rəsmi Vaşinqtonun Ukraynaya verəcəyi mümkün təhlükəsizlik zəmanətləri Avropa ölkələrindən ibarət "könüllülər koalisiyası"nın səylərindən daha böyük əhəmiyyət kəsb edir.
Bu barədə "Politico" qəzeti ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu qiymətləndirmə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli məsləhətləşmələrdən sonra səsləndirilib.
"Könüllülər koalisiyası"nın səyləri, əlbəttə, xoş təsir bağışlayır. Lakin onların cəmi bir-iki helikopteri, bir neçə hərbçisi və orada-burada bəzi vədləri var. Əgər ukraynalıların özləri ilə danışsanız, görərsiniz ki, reallıqda həlledici çəkiyə malik olan məhz Amerikanın təhlükəsizlik zəmanətləridir", - ABŞ rəsmisi qeyd edib.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi