KİV: Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib
KİV: Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib
Avropa ölkələri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gəldiklərini bu həftə və ya gələn həftə elan edəcək.
Bu barədə Britaniyanın "The Times" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, bu məsələ dekabrın 8-də Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Volodimir Zelenskinin görüşündə müzakirə edilib. Nəşrin məlumatına görə, razılaşma çox yaxındır.
Qəzet iddia edib ki, razılaşma dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə 133 milyard dollar ayrılmasını nəzərdə tutur. Bu vəsaitlər ya hərbi yardım, ya da Ukraynanın bərpası üçün istifadə olunacaq. Dəqiqləşdirilir ki, London 10,6 milyard dollar bərabər olan aktivləri təhvil verəcək.
Avropa Komissiyası dekabrın 18-19-da keçiriləcək sammitdə Avropa İttifaqı ölkələrindən 210 milyard avro həcmində Rusiya aktivlərinin müsadirə edilməsi barədə qərar qəbul etməyə ümid edir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək