KİV: Fransız hərbçilər Ukraynaya göndərilmək ehtimalından narahatdı
KİV: Fransız hərbçilər Ukraynaya göndərilmək ehtimalından narahatdı
Fransa ordusunun bir sıra hərbçiləri ölkənin Ukraynaya kontingent göndərə biləcəyi və onların Rusiya ilə münaqişəyə daxil ola biləcəyi ehtimalından ciddi narahatdır.
Bu barədə Le Journal du Dimanche fransız leytenantının sözlərinə istinadən məlumat yayıb.
Leytenantın fikrincə, belə bir qərar Fransa üçün ağır itkilərlə nəticələnə bilər: “Əgər bizi ora göndərsələr, fransız əsgərlərini əsl qırğın gözləyir”.
Nəşrin digər mənbəsi qeyd edib ki, mövcud şərtlər daxilində Fransa Ukrayna cəbhəsində qarşılaşacağı vəziyyətə tam hazır olmaya bilər.
Məqalədə bildirilir ki, Fransa Silahlı Qüvvələri artıq Ukraynaya xas döyüş şəraiti üzrə hazırlıq keçir. Hərbçilər səngərlərdə döyüş təlimləri alır, radioelektron mübarizə vasitələrindən istifadə edir və pilotsuz aparatlarla taktiki məşqlər həyata keçirirlər.







Oxşar -Yeniinfo.az
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır – Kreml rəsmən elan etdi
Əraqçi bunu ABŞ-la danışıqların əsas şərti hesab edir
Polşa Zelenskiyə verdiyi ali mükafatı GERİ ALDI
ABŞ-İran müharibəsi yenidən başlaya bilərmi? - Tramp
BMT TŞ-də Ukrayna müzakirə ediləcək
Starmer yaxın günlərdə istefa verə bilər
Donald Tramp Türkiyəyə gedəcək
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?