Telefon
WhatsApp
KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb
300 X 250 Reklam Alanı

İran İslam Respublikası ilə Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkar edilib.

Bu barədə məlumatı "İran İNternational" yayıb.

Bildirilib ki, bu əməliyyatlar Şimali Koreya agentləri tərəfindən rəqəmsal valyutalardan istifadə edilməklə "çirkli pulların yuyulması" şəbəkəsi vasitəsilə həyata keçirilib. Məlumata görə, maliyyə vəsaitlərinin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı təşkilatlara köçürülüb.

Cənubi Koreyanın "Chosun" qəzeti bildirib ki, "TRM Labs" şirkəti tərəfindən aparılmış araşdırmanın nəticəsində bu ilin fevral ayında Şimali Koreya pullarının "yuyulması" ilə məşğul olan Sim Hyun Supun kriptovalyuta hesabından Sepaha bağlı hesaba azı 67 min dollar köçürülüb.

Hesabata əsasən, İslam Respublikası sanksiyalardan yan keçmək üçün kriptovalyutadan istifadə edib və bu vəsaiti ABŞ dollarına çevirə, yaxud hətta neft üçün ödəniş edə bilərdi.

Qeyd olunub ki, "pul yuma" və sanksiyalardan yayınmaq ittihamları ilə ABŞ-nin Federal Təhqiqat Bürosu tərəfindən axtarışda olan Sim Hyun Sup bu şəbəkədə əsas rol oynayıb. Hətta bu yay onun ələ keçirilməsi üçün təyin olunan mükafatın məbləği 5 milyondan 7 milyon dollara qədər artırılıb. ABŞ-nin sanksiyalar siyahısına salınan 1983-cü ildə Pxenyanda doğulan Sim Şimali Koreya Xarici Ticarət Bankında işləyib.

"Chosun" nəşrinin məlumatına əsasən, o, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində də (BƏƏ) fəaliyyət göstərib, özünü "Sim Ali" və "Sim Hajim" təxəllüsləri ilə "Kwangsun" bankının nümayəndəsi kimi təqdim edib.

Onun şəbəkəsinə Şimali Koreyadan olan IT mütəxəssisləri daxil edilib. Onlar öz məxfiliklərini qorumaqla hakerlikdən və ya əmək haqqı kimi əldə etdikləri kriptovalyutanı Simin nəzarət etdiyi hesablara köçürürüblər.

"Chosun" yazıb ki, ABŞ Federal Məhkəməsi 2023-cü ilin martında Sim Hyun Supun həbs edilməsi üçün order versə də, onun həbsi çətin və praktiki olaraq mümkünsüz görünür. Müşahidəçilərin fikrincə, beynəlxalq maliyyə nəzarəti mexanizmlərindəki ciddi boşluqlar İran və Şimali Koreya kimi ölkələrin birgə "çirkli pulları yuma" şəbəkələri ilə mübarizəni xeyli çətinləşdirir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150