Telefon
WhatsApp
KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb
300 X 250 Reklam Alanı

İranın yeni ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli formada Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.

Bunu İranın yeni ali rəhbəri Müctəba Xameneiyə yaxın olan yüksəkrütbəli mənbə "Al-Jarida" nəşrinə bildirib.

"Moskvada uğurlu əməliyyat keçirib və hazırda prezident saraylarından birinin nəzdindəki özəl xəstəxanada müalicə alır",- məlumatda qeyd olunub.

Mənbənin sözlərinə görə, fevralın 28-də İrana edilən ilk hücumlar zamanı Müctəba yaralanıb. İrana hücumların davam etməsi isə onun ölkədə müalicə almasını çətinləşdirib və bu səbəbdən Xamenei Rusiya paytaxtına aparılıb:

"Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı Müctəbanın Rusiyada müalicə olunmasını təklif edib. İran rəsmiləri, o cümlədən Xamenei, Rusiyanın təklifini diqqətlə nəzərdən keçirib və təsdiqləyib".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ən böyük şəhərlər, o cümlədən Tehran zərbələrə məruz qalıb. İranın ali rəhbəri Əli Xamenei öldürülüb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə də zərbələr endirilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150