KİV: Putin Belarusu hücumlar və hərbi ssenarilər üçün dayaq nöqtəsi kimi görür
KİV: Putin Belarusu hücumlar və hərbi ssenarilər üçün dayaq nöqtəsi kimi görür
Belarus Rusiyanın Ukraynaya qarşı hücumları, eləcə də NATO-ya yönəlik potensial hərbi ssenarilər üçün plasdarm rolunu oynamaqda davam edir.
Bu barədə "RBK-Ukrayna" Müharibənin Öyrənilməsi İnstitutuna istinadən (ISW) məlumat yayıb.
Məlumata görə, bu, Ukraynanın qərb vilayətlərində dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları ilə endirilən son zərbələrlə də təsdiqlənir.
ISW analitiklərinin fikrincə, Rusiya Belarus ərazisində hərbi infrastrukturu fəal şəkildə genişləndirir və bu ölkədən Ukraynaya qarşı təcavüzü dəstəkləmək, eləcə də NATO-ya qarşı mümkün gələcək hərbi ssenarilər üçün şərait yaratmaq məqsədilə istifadə edir.
Son məlumatlara görə, Rusiyaya məxsus “Şahed” tipli pilotsuz uçuş aparatları Ukraynanın qərbində yerləşən dəmir yolu obyektlərinə zərbələr endirir.
Hücumlar Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün Belarus istiqamətindən həyata keçirilir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq