KİV: Tramp “sülh planını” Vens və Rubionun dəstəyindən sonra irəlilətməyə başlayıb
KİV: Tramp “sülh planını” Vens və Rubionun dəstəyindən sonra irəlilətməyə başlayıb
Tramp “sülh planını” Vens və Rubionun dəstəyindən sonra irəli sürməyə başlayıb
ABŞ Prezidenti Donald Tramp keçən həftə Ukrayna üzrə yeni “sülh planının” irəlilədilməsi üçün son mərhələ danışıqlarına start verib.
Bu barədə administrasiyadakı mənbələrə istinadən "Axios" məlumat yayıb.
Məlumata görə, proses vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubionun 28 maddəlik planın real irəliləyişə səbəb ola biləcəyi barədə verdiyi qiymətləndirmələrdən sonra sürət qazanıb.
Həlledici görüş 18 noyabrda Ağ Evdə keçirilib və məhz həmin görüş Cenevrədə aparılan danışıqların əsasını təşkil edib. Bildirilir ki, həmin gün Tramp ABŞ ordusunun naziri Den Driskolla sözügedən təklifi Ukrayna tərəfinə çatdırmağı tapşırıb.
Qeyd olunur ki, Tramp elə o vaxt Ukraynanın döyüş qabiliyyəti və ordunun ruh yüksəkliyini qiymətləndirmək üçün Kiyevə səfər etməyi də planlaşdırırdı.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf