KİV: Ukrayna üçün nəzərdə tutulan kreditin maliyyələşdirilməsi Almaniyaya milyardlarla avroya başa gələ bilər
KİV: Ukrayna üçün nəzərdə tutulan kreditin maliyyələşdirilməsi Almaniyaya milyardlarla avroya başa gələ bilər
Ukrayna üçün planlaşdırılan 90 milyard avroluq kreditin maliyyələşdirilməsi bu prosesdə iştirak edən ölkələrə ildə təxminən 3 milyard avroya başa gələcək.
Bu barədə DPA agentliyi Avropa diplomatlarına istinadən məlumat yayıb.
Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu, Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərclər demək ola bilər.
DPA xatırladır ki, milli töhfələrin həcmi hər bir ölkənin iqtisadi gücünə əsasən müəyyənləşdirilir.
Bununla yanaşı, Macarıstan, Slovakiya və Çexiya Kiyevə yardım paketinin maliyyələşdirilməsində iştirakdan azad olunmaları barədə razılığa gəliblər.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq