Kiyevdə şok: Sanatoriyaya daxil olub, əsgərləri girov götürdülər
Kiyevdə şok: Sanatoriyaya daxil olub, əsgərləri girov götürdülər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri Kiyevin cənubundakı Konça-Zaspadakı "Oktyabr" sanatoriyasında ukraynalı hərbçilərlə qarşıdurmaya giriblər.
Bu barədə "Ukraynskaya Pravda" qəzeti ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, çərşənbə axşamı Baş Kəşfiyyat İdarəsinin nümayəndələri sanatoriyaya daxil olaraq oranı ələ keçiriblər, darvazaları sındırıb, hasarı dağıdıb, ətrafa odlu silahlardan atəş açıblar və 10 hərbçini əsir götürüblər.
Bildirilib ki, daha sonra kəşfiyyatçılar hərbçiləri azad ediblər və sanatoriyanın içərisində barrikada qurublar. Polis əməkdaşları, Ukrayna Hərbi Hüquq-Mühafizə Xidmətinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri və Kiyev vilayətinin hərbi komendantı hadisə yerinə gəlib.
Qeyd edilir ki, Kəşfiyyat İdarəsi nümayəndələri hərbçilərin sanatoriyada qanunsuz yerləşdiyini və obyekti geri almaq istədiklərini bəyan ediblər.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək