Telefon
WhatsApp
Komitə sədri: Azərbaycan mədəniyyətinin tanıdılması dəqiq piar mexanizmləri ilə aparılmalıdır
300 X 250 Reklam Alanı

Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması hər bir ölkənin spesifik xüsusiyyətlərinin nəzərə alınaraq dəqiq, düşünülmüş piar mexanizmləri əsasında aparılmalıdır.

Bunu Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində baş tutan "Azərbaycanın dünyada tanıdılması: diasporun mədəniyyət diplomatiyasına töhfəsi" adlı paneldə çıxış edən komitə sədri Fuad Muradov deyib.

Komitə sədri diasporun mədəniyyət diplomatiyasına verdiyi töhfələrdən və gələcək planlardan danışıb. Paneldə həmçinin mədəniyyət naziri Adil Kərimli də çıxış edib.

Qeyd edək ki, forum çərçivəsində "Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivlər" mövzulu panel müzakirəsi də təşkil edilib və burada Azərbaycan diasporunun ölkəmizin beynəlxalq imicinin formalaşmasında və milli mədəniyyətin dünyada təbliğində oynadığı rol, qloballaşma şəraitində mədəniyyətlərarası dialoqun gücləndirilməsinin və beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150