Kondisionerli ikinəfərlik velosiped təqdim edildi
Kondisionerli ikinəfərlik velosiped təqdim edildi
Fransanın "Cixi" şirkəti "Vigoz" adlı elektrik velosipedini təqdim edib.
Kompakt avtomobilə bənzəyən nəqliyyat vasitəsi əslində sürücü və bir sərnişin üçün nəzərdə tutulmuş qapalı kuzovlu üçtəkərli velosipeddir.
"Cixi" təxminən on il əvvəl Yuxarı Savoya bölgəsində yaradılıb. Onun ilk modeli "Vigoz" hələ seriya istehsalı mərhələsinə keçməyib.
Velosipedin salonunda iki nəfər bir-birinin ardınca otura bilər. Sürücü nəqliyyat vasitəsini yarı uzanmış vəziyyətdə idarə edir.
Velosipedin pedalları birbaşa elektrik mühərrikini şarj edir. Dönməni asanlaşdırmaq üçün velosipedin gövdəsi əyilir. Dönüşün istiqaməti salondakı iki tutacaqla müəyyən edilir.
Döşəmə altında yerləşən 22 kilovatlıq akkumulyatorla "Cixi Vigoz" 160 kilometr məsafə qət edə bilir. Maksimal sürət 120 km/saatdır. Salonda təhlükəsizlik üçün kəmərlər, rahatlıq üçün kondisioner var.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...