Krediti ödəyə bilməyənlərin nəzərinə
Krediti ödəyə bilməyənlərin nəzərinə
Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmasını istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə qədər uzadıldıqda aylıq ödəniş azalır.
Bəs bu imkan nə qədər əlçatandır və hər kəsə şamil edilə bilərmi?
İqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur.
Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut edər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.
Ekspertlərin söylədiklərinə görə, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə şamil edilməyə bilər.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı