Kuba XİN: ABŞ-ın son qərarı azad ticarət prinsiplərinin pozulmasıdır
Kuba XİN: ABŞ-ın son qərarı azad ticarət prinsiplərinin pozulmasıdır
Kuba ABŞ-ın ada ölkəsinə qarşı yeni tədbirlərini ən qətiyyətli şəkildə pisləyir.
Bu barədə Karib respublikasının xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib.
“Biz ABŞ-ın Kubaya qarşı son eskalasiyasını ən qətiyyətli şəkildə pisləyirik”, – nazir X sosial şəbəkəsində yazıb, - indi onlar ölkəmizə yanacaq tədarükünə total blokada tətbiq etməyi təklif edirlər”.
Rodriges Parrilya qeyd edib ki, ABŞ eyni zamanda şantaj və məcburetmə üsullarına əl ataraq, digər dövlətləri Kubaya qarşı hamı tərəfindən pislənən blokada siyasətinə qoşulmağa məcbur etməyə çalışır və bundan imtina edənləri əsassız və ədalətsiz rüsumların tətbiqi ilə hədələyir. Onun sözlərinə görə, bu, “azad ticarətin bütün prinsiplərinin pozulmasıdır”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp administrasiyaya Kubaya neft tədarük edən ölkələrin mallarına rüsum tətbiq etmək səlahiyyəti verməyi nəzərdə tutan sərəncam imzalayıb.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq