Kəlbəcər balı və arıçılıq məhsulları beynəlxalq bazarlara çıxarılacaq
Kəlbəcər balı və arıçılıq məhsulları beynəlxalq bazarlara çıxarılacaq
Kəlbəcər rayonunda istehsal olunun bal və arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur.
Bu barədə Prezidentin izi ilə Kəlbəcər rayonunda fəaliyyət göstərən "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"na təşkil olunan mediaturda məlumat verilib.
Qeyd olunub ki, 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.
Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası" fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.
Gələcəkdə bu məhsulların "Made in Azerbaijan" brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"nın açılışında iştirak edib.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü