Telefon
WhatsApp
Kəlbəcərdə məscid tikiləcək
300 X 250 Reklam Alanı

Sosial şəbəkələrdə və mediada Ramazan ayında Kəlbəcərdə azanın səsləndirilməsi ilə bağlı yayılan görüntülər cəmiyyətin diqqətini yenidən işğaldan azad olunmuş ərazilərdə dini-mənəvi həyatın bərpası məsələsinə yönəldib.

Xüsusilə imsak və iftar saatlarında səsləndirilən azan sədaları qısa zamanda geniş auditoriyaya çataraq maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bir tərəfdən bu görüntülər qayıdışın və dirçəlişin rəmzi kimi dəyərləndirilib, digər tərəfdən isə Kəlbəcərdə hazırda məscidin olub-olmaması sualını aktuallaşdırıb.

Kəlbəcər şəhəri Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinə rəsmi sorğu ünvanlayıb.

Qurumdan verilən cavabda bildirilib ki, Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş Planına əsasən, gələcəkdə şəhərdə məscidin inşası və istifadəyə verilməsi nəzərdə tutulur.

Rəsmi açıqlamada o da vurğulanıb ki, hazırda Kəlbəcər şəhərində fəaliyyət göstərən məscid mövcud deyil. Ramazan ayında azanın səsləndirilməsi isə sakinlərin şəxsi təşəbbüsü əsasında həyata keçirilir. Başqa sözlə, bu təşəbbüs hər hansı rəsmi dini obyekt çərçivəsində deyil, yerli əhalinin mənəvi ehtiyaclarından irəli gələrək təşkil olunur.

Belə görünür ki, bölgədə formalaşmaqda olan yeni sosial mühitdə dini dəyərlər və ənənələr də tədricən bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması prosesi ilə paralel olaraq, mənəvi həyatın canlanması da müşahidə edilir.

Hazırkı mərhələdə isə sakinlərin təşəbbüsü ilə azanın səsləndirilməsi həmrəyliyin və mənəvi bağlılığın təzahürü kimi qiymətləndirilə bilər. Sosial şəbəkələrdə yayılan görüntülərin geniş rezonans doğurması da cəmiyyətin bu məsələyə həssas yanaşdığını göstərir. Görünən odur ki, Kəlbəcərdə fiziki infrastrukturla yanaşı, mənəvi mühitin formalaşması prosesi də paralel şəkildə davam edir. Bu isə post-münaqişə dövründə bölgənin hərtərəfli dirçəlişinin vacib elementlərindən biri kimi dəyərləndirilə bilər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150