Kəlbəcərin Zar kəndinə baxış keçirildi
Kəlbəcərin Zar kəndinə baxış keçirildi
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti şəxslərin iştirakı ilə Zar kəndində aparılan tikinti işlərinin gedişinə növbəti dəfə yerində baxış keçirilib.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.
Görülən işlərin mövcud vəziyyəti və qarşıdakı mərhələlər üzrə müzakirələr aparılıb. Layihələrin vaxtında və keyfiyyətli icrası üçün əsas istiqamətlər müəyyənləşdirilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, İşğaldan azad olunmuş Zar kəndinin təməli 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Layihə 20 illik inkişaf perspektivi nəzərə alınmaqla hazırlanıb və ilkin mərhələdə 547 ailənin kəndə köçürülməsi planlaşdırılır.
Hazırda kənddə yaşayış evləri ilə yanaşı, 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, müasir küçə və işıqlandırma sistemi, həmçinin yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Layihə çərçivəsində ekoloji yanaşmaya üstünlük verilir və işıqlandırmada yaşıl enerji texnologiyalarının tətbiqi nəzərdə tutulur.







Oxşar -Yeniinfo.az
İki rayonumuzda gözlənilməz durum yarandı – sakinlər təəccüb içində
Ümumi orta təhsil üzrə müxtəlif imtahanlar keçiriləcək
Gəncədə məktəblinin meyiti tapıldı
İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər
Kəlbəcərin Zar kəndinə baxış keçirildi
Kəlbəcərin Zar kəndinə baxış keçirildi
Hansı çağırışçıların ölkədən çıxışına məhdudiyyət qoyula bilər?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq