Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir
Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir
Amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nətciələnməsini istəyirlər.
“Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Amerikalılarla danışıqlar nisbətən yaxşı davam edir. Görünür ki, onlar bu dialoqun konkret həll yolunun tapılması istiqamətində davam etməsini istəyirlər. Hələ ki, tam nəticə çıxarmaq olmaz, çünki, cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik”,-Laricani qeyd edib.
O əlavə edib ki, danışıqların növbəti dəfə harada və nə zaman keçirilməsi barədə qərar veriləcək.
Laricani Omana səfəri barədə danışarkən bildirib ki, səfər çox faydalı keçib və Oman rəsmiləri ilə də regional məsələlər barədə danışıqlar ümidverici xarakter daşıyır.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq