Laza kəndinə gələn palçıq seli 10 ev üçün təhlükə yaradıb - Sakinlər təxliyə ediliblər
Laza kəndinə gələn palçıq seli 10 ev üçün təhlükə yaradıb - Sakinlər təxliyə ediliblər
Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb.
Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.
"Üç gündür çaya sel gəlir. Kənddə bir neçə evi, çörək bişirən yeri, mağazanı su basıb. Bəzi evlərin sakinləri təxliyə olunub, evdəki avadanlıqları çıxarıblar", - deyə Laza kənd sakini Sərxan Ağakişiyev bildirib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun sözlərinə görə, sellə gələn palçıq qatı 10 ev üçün təhlükə yaradıb. Bununla əlaqədar 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülüb. Əraziyə texnikalar cəlb olunaraq, çay məcrasının təmizlənməsi, bəndlərin qurulması və palçıq axının istiqamətləndirilməsi işləri aparılıb.
"Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri nəzarət edir və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür", - deyə o əlavə edib.
1Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?