Leyla Əliyeva və Alyona Əliyeva "Romeo və Cülyetta" tamaşasını izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva "Romeo və Cülyetta" tamaşasını izləyiblər
Azərbaycan Dövlət Pantomima Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak ediblər.
Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.
"Romeo və Cülyetta"da obrazları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.
Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.
Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də diqqət çəkib.
Səhnə əsəri Azərbaycan Dövlət Pantomima Teatrının klassik dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu