Leyla Əliyeva yeni şeirini izləyiciləri ilə paylaşıb.
Leyla Əliyeva yeni şeirini paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni paylaşım edib.
O, yeni şeirini izləyiciləri ilə paylaşıb.
Paylaşımı təqdim edirik:
Kim dedi ki, inanma, səadətə inanma
Hər arzunu bərk-bərk gizlə baxışlarıntək.
Kim dedi ki, dayanma, öz yolunda dayanma,
Başqa rahat bir yola düşməyəsən sən gərək.
Yeyib doymayanların yolu bu yol deyildir.
Azadlığın özüdür bu yolun sağı, solu,
Bu yol ilə gedənlər seçilibdir bir- bir
Yalandan, şərdən uzaq həqiqətin tək yolu.
Sizlərə kim dedi ki, məğrurluqdan utanın
Yalana tapının siz, həqiqətdən yan keçin.
Boşluq atıb-tutacaq sizi, siz bir dayanın
Ancaq həqiqət yolu, ancaq o yolu seçin.
Ölüb getsə də əgər ən dərin hissiniz
Dağılsa da kecmişin məsumluğu yenə də.
Əzablı- əziyyətli həqiqəti seçin siz
O itmiş xoşbəxtliyi gözləyin siz yenidən.
İnan ki, o gələcək, gəlməyə bilməz axı
Səssiz – səssiz arxanca sürünən nəfəs kimi
Sən bu zaman bil ki, sən göylərin yaratdığı
Bir xilqətsən – qüdrətli, məğrur, gözəl, səmimi.
Ötüb keçən zamanı saxla, özün də dayan.
Uzaq ol şər yolundan, haqsızlıqla barışma.
Kədərə və şübhəyə qalmasın artıq zaman
Sevənlərin xətrinə danışma, danışma.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü