Litva məcburi hərbi xidməti bərpa edir
Litva məcburi hərbi xidməti bərpa edir
Litva 2026-cı ildən məcburi ilkin hərbi xidməti bərpa etməyi planlaşdırır.
Bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.
"2026-cı ildə çağırış il ərzində - 2 yanvardan 31 dekabra qədər baş tutacaq. Ümumilikdə təxminən 5000 nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək, kifayət qədər aktiv ehtiyat qüvvəsini saxlamaq və gənclərin lazımi hərbi təlim keçməsi üçün şərait yaratmaq tədbirləri davam etdiriləcək", - deyə ordudan bildirilib.
Xatırladaq ki, daha əvvəl ölkə Seymi (parlament) hərbi xidmət haqqında qanuna müvafiq dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, 18-22 yaş arası olanlar doqquz aylıq xidmətə çağırılacaqlar. Könüllü olaraq xidmət etmək istəyənlər bunu 18-39 yaşları arasında da edə bilərlər.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..