Livan hökuməti ordunun Hizbullahı tərksilah etmək planını təsdiqləyib
Livan hökuməti ordunun Hizbullahı tərksilah etmək planını təsdiqləyib
Livan hökuməti ölkə ordusunun təqdim etdiyi “Hizbullah”ı tərksilah etmək planını təsdiqləyib.
Baş nazir Navaf Salam ordunun konkret vaxt çərçivəsi təyin etmədən öz səlahiyyətləri daxilində planı həyata keçirməyə başlayacağını deyib.
“Hizbullah”ı dəstəkləyən nazirlər etiraz əlaməti olaraq iclası tərk ediblər.
Qeyd edək ki, ötən il İsraillə baş verən dağıdıcı müharibədən sonra “Hizbullah”ın tərksilah olunması məsələsi Livanda milli parçalanmanın əsas mövzusuna çevrilib.
Həmin müharibə uzun illərdir İranın dəstəklədiyi qruplaşmanın üstünlüyü ilə formalaşan güc balansını sarsıdıb.
ABŞ və Səudiyyə Ərəbistanı, eləcə də Livanda “Hizbullah”ın əsasən xristian və sünni müxalifləri qrupu silahları təhvil verməyə çağırıblar.
Lakin “Hizbullah” cavab olaraq bildirib ki, İsrail Livana hava zərbələri endirdiyi və ölkənin cənubunda geniş əraziləri ələ keçirdiyi bir vaxtda tərksilah məsələsini müzakirə etmək belə ciddi səhv olardı.
Cümə günü Livan hökuməti üç saatlıq iclas keçirib, burada ordu komandanı Rodolf Heykəl planı təqdim edib.
Heykəl iclasa daxil olan kimi, hökumətdəki beş şiə nazir etiraz əlaməti olaraq zalı tərk edib.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...