Telefon
WhatsApp
Lukaşenko müharibə istəmir, çünki... - Analitik
300 X 250 Reklam Alanı

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni real müharibə vəziyyətinə gətirmək niyyətində deyil, çünki buna ehtiyacı yoxdur.

Axar.az Yeni info.az xəbər verir ki, bunu ukraynalı analitik və jurnalist Sergey Qarmaş bildirib.

Ekspert qeyd edib ki, hazırda təhlükəsizliklə bağlı vəziyyət qızışdırılır:

“Lukaşenko nüvə silahı ilə hədələməyə başlayır. Halbuki o, bu silaha nəzarət etmir: düymə Moskvada qalır, əgər ümumiyyətlə Belarus ərazisində belə silah varsa...”.

Bundan əlavə, Qarmaşın sözlərinə görə, Lukaşenko Ukrayna ərazisinə uzanan yolları hazırlayır və bu işlər Rusiya vəsaiti hesabına görülür. Amma bu yollarla mütləq hərbi texnikanın hərəkət edəcəyi dəqiq deyil:

“Məncə, Lukaşenko müharibə aparmaq istəmir. Buna ehtiyacı yoxdur. O, artıq bu vəziyyətin Rusiya üçün nəticələrini görüb. Üstəlik, Lukaşenko hazırda Rusiyadan müəyyən qədər uzaqlaşır”.

Qeyd edək ki, bir müddət öncə Belarus ehtiyatda olan zabitlər üçün çağırış elan edib. Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın yenidən Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışdığı barədə açıqlama verib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150