Telefon
WhatsApp
Lənkəranda avtomobil kanala aşdı: 6 nəfər yaralandı
300 X 250 Reklam Alanı

Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.

Rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q-7" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R.Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra, müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150