Makron Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min nəfər səviyyəsində saxlamaq planını dəstəkləyib
Makron Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min nəfər səviyyəsində saxlamaq planını dəstəkləyib
“İstəyənlər koalisiyası” Kiyevə yardım çərçivəsində münaqişə başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi səviyyəsində olmasını əsas götürür.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən mətbuat konfransında bildirib.
Makron qeyd edib ki, Ukraynanın peşəkar ordusunun hazırlanması və dəstəklənməsi planlaşdırılarkən onun istənilən yeni təcavüzün qarşısını almağa qadir olması əsas məqsəd kimi götürülür.
Prezidentin sözlərinə görə, bu məqsədlə ordunun şəxsi heyətinin 800 min nəfər olması zəruri hesab edilir.
Fransa lideri əlavə edib ki, Parisdə keçirilən və “İstəklilər koalisiyası”nın yaradılmasından bəri artıq 15-ci olan cari görüşdə ABŞ, koalisiya ölkələri və Ukrayna nümayəndələrinin daxil olacağı koordinasiya qrupunun yaradılması barədə də razılıq əldə olunub.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq