Makron növbəti prezident seçkilərində iştirak etməyəcək
Makron növbəti prezident seçkilərində iştirak etməyəcək
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə başa çatacaq səlahiyyət müddətinin sonunadək vəzifəsində qalmaq niyyətində olduğunu açıqlayıb.
Makron bu barədə Yeni il münasibətilə vətəndaşlara müraciətində bildirib.
“Fransa vətəndaşlarının mənə etibar etdiyi mandatın tələblərinə uyğun olaraq, son saniyəyədək, hər gün çalışmağa davam edəcəyəm”, – deyə Fransa prezidenti vurğulayıb.
Dövlət başçısı eyni zamanda qarşıdan gələn prezident seçkilərində namizəd olmayacağını da təsdiqləyib. Onun sözlərinə görə, 2026-cı ilin sonuna doğru 2027-ci il prezident seçkilərinə hazırlıq prosesi başlayacaq və bu, son on il ərzində onun iştirak etmədiyi ilk prezident kampaniyası olacaq.
Makron qeyd edib ki, seçkilərin mümkün qədər sakit və şəffaf şəkildə keçirilməsi, xüsusilə də xarici müdaxilənin qarşısının alınması üçün əlindən gələni edəcək.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq