Makron Zelenski ilə telefon danışığı aparıb
Makron Zelenski ilə telefon danışığı aparıb
Fransa Prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və tərəflər Ukrayna münaqişəsinin həlli üçün əlavə addımları müzakirə ediblər.
Makron bu barədə öz “Facebook” hesabında məlumat verib.
"Çindəki son beynəlxalq danışıqlarımın, vəziyyəti aydınlaşdırmağa və irəliləməyə kömək etdiyini Zelenski ilə bölüşdüm. Fransa bütün tərəfdaşlarla birlikdə gərginliyin azaldılması tədbirləri görmək və atəşkəs yaratmaq üçün işləməyə qərarlıdır", - Makron qeyd edib.
O həmçinin əlavə edib ki, 8 dekabr tarixində Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merz ilə görüşmək üçün Londona səfər edəcək və orada 30 noyabrda Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutmuş danışıqları müzakirə edəcəklər.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək