Malta öz vətəndaşlarına "ChatGPT Plus" xidmətini pulsuz təqdim edən ilk ölkə olacaq
Malta öz vətəndaşlarına "ChatGPT Plus" xidmətini pulsuz təqdim edən ilk ölkə olacaq
Malta dünyada bütün vətəndaşlarına pulsuz "ChatGPT Plus" təqdim edən ilk ölkə olacaq.
Yeni info.az xəbər verir ki, "OpenAI" şirkəti "Süni intellekt hamı üçün" adlı milli proqramın başladığını açıqlayıb.
Razılaşmaya əsasən, Malta sakinləri süni intellektdən istifadə üzrə kurs keçdikdən sonra bir il müddətində "ChatGPT Plus" abunəliyindən ödənişsiz yararlana biləcəklər.
Layihənin koordinasiyasını Maltanın Rəqəmsal İnnovasiyalar İdarəsi həyata keçirəcək.
"Malta bu miqyasda tərəfdaşlıq başladan ilk ölkədir. Çünki biz vətəndaşlarımızın rəqəmsal dövrdə geridə qalmasına imkan vermirik. İnsanlarımızı qlobal dəyişikliklərin ön sırasına çıxarırıq", - deyə Maltanın iqtisadiyyat, sahibkarlıq və strateji layihələr naziri Silvio Şembri qeyd edib.
Proqram Maltadan kənarda yaşayan ölkə vətəndaşları üçün də əlçatan olacaq.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı