Maraqlı FAKT: Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır
Maraqlı FAKT: Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır
Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) ölkənin qlobal avtomobil bazarındakı payını açıqlayıb.
Bu ilin ilk 10 ayında Çinin dünya avtomobil bazarındakı payı 34,9% təşkil edib. Təkcə oktyabr ayına baxdıqda, Çinin payı ötən ilin eyni ayı ilə müqayisədə 1% artaraq, 38%-i keçib.
Yanvar-oktyabr ayları arasında dünyada 79,25 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 6% çoxdur. Çində eyni dövrdə 27,65 milyon avtomobil satılıb ki, bu da 12% artım deməkdir. Müqayisə üçün, ilk 10 ayda ABŞ-də 13,88 milyon, Hindistanda 4,56 milyon, Yaponiyada 3,86 milyon və Almaniyada 2,61 milyon avtomobil satılıb.
Dünya üzrə ilk onluqda yer alan üç Çin avtomobil istehsalçısından BYD altıncı, "Geely" səkkizinci, "Chery" isə onuncu yerdə qərarlaşıb.







Oxşar -Yeniinfo.az
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır – Kreml rəsmən elan etdi
Əraqçi bunu ABŞ-la danışıqların əsas şərti hesab edir
Polşa Zelenskiyə verdiyi ali mükafatı GERİ ALDI
ABŞ-İran müharibəsi yenidən başlaya bilərmi? - Tramp
BMT TŞ-də Ukrayna müzakirə ediləcək
Starmer yaxın günlərdə istefa verə bilər
Donald Tramp Türkiyəyə gedəcək
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?