Marketlərdə "qara çörək" tələsi - Diqqət
Marketlərdə "qara çörək" tələsi - Diqqət
Bəzi insanlar buğda unundan hazırlanan "ağ çörəyi" yox, çovdar unundan hazırlanan "qara çörəyi" yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var.
Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu iddiları təsdiqləyib və bildirib ki, çovdar çörəyi satılan çörəklərin heç də hamısı çovdar unundan deyil.
"Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu, belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır".
Bəs alıcılar bunu necə ayırmalıdır?
"Çovdar unundan hazırlanan çörək alanda etibarlı, mənşəyi bəlli olan istehsalçının çörəyini almaq lazımdır. Üzərində mütləq "100 % çovdar unundan" yazılması mütləqdir. Əgər üzərində "çovdar unundan hazırlanıb", ancaq tərkibində isə buğda, rəngləndiricilərin adı yazılıbsa, bu, təmiz çovdar çörəyi deyil",- deyə Məhsəti Hüseynova bildirib..
Ekspert deyir ki, çovdar çörəyinin çəkisi daha ağır olur:
"Çovdar unundan hazırlanan çörəklərin rəngi daha çox qəhvəyi, tünd qəhvəyi olur. Bəzən fərqli tonda ola bilər. Bu, unun üyüdülməsi, bişmə şəklindəndir. Çovdar çörəyinin ölçüsü kiçik olsa da, daha ağır olur. Çünki tərkibində nəmlilik dərəcəsi yüksək olur və buğda çörəyindəki kimi məsamələr, boş hissələr olmur. Həmçinin, elastiklik olmadığına görə kəsilməyə daha meylli olur, daha çətin çeynənir. Bunlar çovdar unundan hazırlanan çörəyin əlamətləridir. Dadı isə turşdur, torpaq dadını xatırladır. Çovdarın özünəməxsus qoxusu var. Qiyməti də digər çörəklərdən fərqlidir.
Satışda olan çörəkləri alarkən mütləq onun etiket məlumatlarına diqqətlə baxmaq lazımdır".







Oxşar -Yeniinfo.az
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
Ağdamda 2-ci yaşayış kompleksində 60 bina inşa edilib
Qaradağda avtobuslar toqquşub, 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Bu səhər hansı yollarda tıxac var?
Balaca Heydər artıq böyüyüb, iki oğlu var - Sakinlərlə səmimi söhət
İlham Əliyev ad günündə ailəsi ilə birlikdə
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi