Martın 27-də gözlənilən hava şəraiti
Martın 27-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.







Oxşar -Yeniinfo.az
Mayın 25-də gözlənilən hava şəraiti
Mayın 24-də gözlənilən hava şəraiti
Mayın 23-də gözlənilən hava şəraiti
Mayın 22-də gözlənilən hava şəraiti
Mayın 21-də gözlənilən hava şəraiti
Mayın 20-də gözlənilən hava şəraiti
Mayın 19-da gözlənilən hava şəraiti
Mayın 18-də gözlənilən hava şəraiti