Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Yeni info.az xəbər verir ki, qəza gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.
Masallı rayon sakini, 18 yaşlı Məsləhət Cabbarovun idarə etdiyi BMV markalı avtomobil hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Şevrolet Kruz” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Cabbarov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək – Prezident
Avtomobillər toqquşdu, yaralı var
Prezident Şuşadakı konfrans iştirakçılarına müraciət ünvanladı
Xankəndidə ilk Qurtuluş Günü konserti
Türkmənistanın Prezidenti Azərbaycana səfər edəcək
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
Sumqayıtda evdə yanğın
Azərbaycanda Milli Qurtuluş Günüdür