Mayamidə ABŞ-Ukrayna danışıqları baş tutub
Mayamidə ABŞ-Ukrayna danışıqları baş tutub
Ukrayna və ABŞ arasında danışıqlar Florida ştatının Mayami şəhərində baş tutub.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov görüşü məhsuldar və uğurlu adlandırıb.
"Ukrayna üçün vacib olan bütün məsələləri müzakirə etdik. ABŞ bizə böyük dəstək verdi", - deyə o bildirib.
Floridada Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşüb. Danışıqların əsas mövzusu ABŞ-nin sülh planı olub.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..