Meksikada gənclərlə toqquşmalarda 100-dən çox polis əməkdaşı yaralanıb
Meksikada gənclərlə toqquşmalarda 100-dən çox polis əməkdaşı yaralanıb
Meksikanın paytaxtı Mexikonun mərkəzində keçirilən gənclərin hökumət əleyhinə yürüşü qarşıdurmalarla nəticələnib və 100-dən çox polis əməkdaşı xəsarət alıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, şənbə günü bütün ölkə üzrə minlərlə insan “Z Nəsli” şüarı altında küçələrə çıxaraq, ayın əvvəlində cinayətkarlığa qarşı çıxış edən bir merin açıq şəkildə qətlə yetirilməsindən sonra artan zorakılığa etiraz edib.
Mexikoda aksiya polis ilə qarşıdurmaya çevrilib və hüquq-mühafizə orqanları gözyaşardıcı qaz tətbiq edib.
Mexiko şəhərinin ictimai təhlükəsizlik naziri Pablo Vaskez Kamacho bildirib ki, qarşıdurmalar zamanı 100 polis xəsarət alıb, onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib. Bundan əlavə, 20 mülki şəxs də yaralanıb.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?