Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb
Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb
Meksikanın Mexiko ştatında, Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes-cet qəzaya uğrayıb.
Bu barədə Milenio qəzeti məlumat yayıb.
Məlumata görə, təyyarə hava limanına yaxınlaşan zaman yerə çırpılıb.
Zərbədən sonra təyyarədə yanğın baş verib.
Qəzanın Akapulko şəhərindən Tolukaya uçan "Cessna Citation III" tipli təyyarə ilə baş verdiyi deyilir.
Hazırda göyərtədə olan şəxslərin sayı, eləcə də ölən və yaralananlar barədə rəsmi məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları, Mülki Müdafiə və Mexiko ştatının təhlükəsizlik qüvvələri cəlb olunub.
Araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək