"Mercedes-Benz"in mənfəəti iki dəfə azalıb
"Mercedes-Benz"in mənfəəti iki dəfə azalıb
"Mercedes-Benz" 2025-ci ilin yanvar-sentyabr ayları üçün maliyyə hesabatını dərc edib.
Hesabata əsasən, şirkətin bütün bölmələr üzrə mənfəət 2024-cü ilin eyni dövründəki 7.8 milyard avrodan 3.87 milyard avroya düşüb.
Digər maliyyə göstəriciləri də pisləşib. Xalis rüblük mənfəət təxminən 31% azalaraq 1.72 milyard avrodan 1.19 milyard avroya düşüb.
Şirkət maliyyə itkilərini yeni tariflər səbəbindən xərclərin artması, mənfi məzənnə dinamikası və satışların ümumi azalması ilə əlaqələndirir.
Üçüncü rübdə "Mercedes-Benz" müştərilərə 441 500 minik avtomobili (furqonlar və yüngül kommersiya avtomobilləri istisna olmaqla), ilin əvvəlindən isə 1.34 milyon ədəd minik avtomobili təhvil verib. Bu da ötənilki rəqəmlərlə müqayisədə müvafiq olaraq 12.3% və 8.3% azalma deməkdir.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?